Qubanın Xınalıq kəndinin sakini Hacıqabulda intihara cəhd edib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsindən məlumat verilib.
Məlumata görə, martın 9-da gecə saatlarında Hacıqabul rayonunda müvəqqəti yaşayan Qubanın Xınalıq kənd sakini, 1981-ci il təvəllüdlü Nəsrullayeva Xəyalə Nüsrət qızı ağır vəziyyətdə reanimasiya şöbəsinə mexaniki boğulma diaqnozu ilə daxil olub. Qadının boğaz nahiyyəsində kəndir izlərinin olduğu aşkarlanıb.
Həkimlərin bildirdiyinə görə, mexaniki boğulma nəticəsində xəstədə beyin hipoksasiyası baş verib, hazırda o, sini nəfəs aparatına qoşulub, vəziyyəti ağır qiymətləndirilir.
Qadının intihara cəhdinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsində araşdırma aparılır.