Bu barədə APA-ya vəkil Əsabəli Mustafayev məlumat verib. Onun sözlərinə görə, Quba hadisələri ilə bağlı təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Habil Əliyev və 5 il müddətinə azadlıqdan mərhum edilən Səfər Qəribov dünən Ali Məhkəmənin qərarı ilə həbsdən azad ediliblər.
Qeyd edək ki, Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000 nəfərə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı İcra Hakimiyyətinin inzibati binasının şüşələri və orada olan avadanlıqlar sındırılıb, bir neçə yardımçı tikili və başçıya məxsus fərdi yaşayış evi yandırılıb, xidməti vəzifəsini yerinə yetirən 24 polis əməkdaşına xəsarət yetirilib.