Qızını öldürən ata tutuldu
07 avqust 2013 15:43 (UTC +04:00)

Qızını öldürən ata tutuldu

Azərbaycanda iki il əvvəl bir qızını öldürən, digər qızını isə öldürəcəyi ilə hədələyən ata tutulub.


 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2012-ci ilin dekabr ayının 26-dan itkin düşən Lənkəran rayonunun Sərinbulaq kənd sakini 18 yaşlı Əfsanə Cavadova cari il avqust ayının 5-də Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.

 

Ə.Cavadova izahatında atası İsrafil Cavadovun 2011-ci ilin iyun ayında Sərinbulaq kəndinin ərazisindəki pay torpaq sahəsində qızı Rəqsanəni qətlə yetirdiyini, onu da öldürəcəyi ilə hədələdiyi üçün evdən qaçdığını bildirib.

 

Baş Cinayət-Axtarış İdarəsi, Səbail Rayon Polis İdarəsi  və Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Cavadov tutulub, Rəqsanənin meyiti qeyd edilən ərazidən eksqumasiya edilib.

 

Faktla əlaqədar rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1577
avatar

Oxşar yazılar

Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

Şəmkirdə 31 yaşlı kişi BIÇAQLANDI

29 iyun 2024 , 08:18
Pirsaat anbarında suyun səviyyəsi kritik həddə  çatdı

Pirsaat anbarında suyun səviyyəsi kritik həddə çatdı

28 iyun 2024 , 21:21
BELƏSİ OLMAMIŞDI:  Qoz ağacından məftillə özünü asdı

BELƏSİ OLMAMIŞDI: Qoz ağacından məftillə özünü asdı

28 iyun 2024 , 19:48
Rusiyada polis bu azərbaycanlın ı axtarır

Rusiyada polis bu azərbaycanlını axtarır

28 iyun 2024 , 19:13
Yasamalda KÜTLƏVİ HƏBSLƏR

Yasamalda KÜTLƏVİ HƏBSLƏR

28 iyun 2024 , 16:33
"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

"Tural, səni çox sevirdim" - Güllələnən oğlanın sevgilisi

28 iyun 2024 , 16:19
İnterpoldan ƏMƏLİYYAT:  Azərbaycanlı tutuldu

İnterpoldan ƏMƏLİYYAT: Azərbaycanlı tutuldu

28 iyun 2024 , 16:09
Bakıda Atatürk parkında  restoran yandı - YENİLƏNİB

Bakıda Atatürk parkında restoran yandı - YENİLƏNİB

28 iyun 2024 , 15:15