Qətər İran və Türkiyəyə müraciət etdi
07 iyun 2017 17:42 (UTC +04:00)

Qətər İran və Türkiyəyə müraciət etdi

 

Qətər qida və içməli su ilə bağlı tədarükünü almaq üçün  İran və Türkiyəyə müraciət edib.

Lent.az-ın Reuters-ə istinadən məlumatına görə, bunu adının açıqlanmasını istəyən hökümət nümayəndəsi qeyd edib. O bildirib ki, su və qidanın Qatar Hava Yolları ilə daşıyacaqlar: “Bununla bağlı Türkiyə, İran və başqa ölkələrlə danışıqlar gedir”.

Qeyd edək ki, Qatar əsas tədarüklərini Səudiyyə Ərəbistan və Birləşmiş Ərəb Əmirliklərindən alır.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar