Qaxda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Qax şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.
Rayonun Meşəbaş kənd sakini, 1971-ci il təvəllüdlü Zeynalaşvili Camali Andreyeviç idarə etdiyi motorellerlə hərəkətdə olarkən şəhər sakini, 1965-ci il təvəllüdlü Yunusova Asudə Şaban qızını vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Asudə Yunusova Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Qax RMX-dan APA-ya verilən məlumata görə, yaralı xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyətini orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, xəsarət alan Asudə Yunusova Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində xadimə işləyir. Hadisə də DSMF-nin qarşısında, xadimənin işə getdiyi vaxt baş verib.
Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.