Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən dəfələrlə məhkumluq həyatı yaşamış Nuriyə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən N. Hüseynova 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N. Hüseynova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilib.