Polis şöbəsində yoxlama: <span style="color:red;">rəis tənbeh edildi
14 aprel 2014 16:26 (UTC +04:00)

Polis şöbəsində yoxlama: rəis tənbeh edildi

Daxili İşlə Nazirliyi Balakən Rayon Polis Şöbəsində yoxlamalar aparılıb. Lent.az-ın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl yoxlamaların nəticəsi ilə bağlı hesabat daxili işlər naziri Ramil Usubova təqdim edilib. Balakən RPŞ-də yol verilmiş ciddi nöqsanlar nəzərə alınaraq, rəis, polis polkovniki Rasim Mustafayev də daxil olmaqla bir qrup əməkdaş barəsində intizam tənbehi tədbirləri görülüb.

 

Qeyd edək ki, bir müddət əvvəl KİV-də Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyevin həbs edilməsi barədə məlumat yayılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2991
avatar

Nizam Rza

Oxşar yazılar