Polis əməkdaşı istintaqa cəlb olundu
06 oktyabr 2015 14:40 (UTC +04:00)

Polis əməkdaşı istintaqa cəlb olundu

0

Azərbaycanda polis əməkdaşı məsuliyyətə cəlb olunub.

APA-nın məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Nəsib Nəsibov vəzifə səlahiyyətlərini aşmaqda  şübhəli bilinir.

Məlumata görə, N. Nəsibov daxili işlər orqanlarından xaric edilməklə həmin fakt üzrə başlanmış cinayət işi ilə əlaqədar istintaqa cəlb olunub.

Onu da qeyd edək ki, rayon Polis Şöbəsinin daha bir əməkdaşı, polis serjantı Elman Məmmədov da vəzifə səlahiyyətlərini aşdığı üçün ciddi töhmət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar