Piyadanı vuran şəxs könüllü təslim oldu
28 dekabr 2015 13:37 (UTC +04:00)

Piyadanı vuran şəxs könüllü təslim oldu

 

Cəlilabad rayonunun Ocaqlı kəndində yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 26-da saat 21 radələrində Cəlilabad rayonunun Ocaqlı kəndində müəyyən edilməmiş avtomobillə kənd sakini Elçin Zamanov vurulub. Nəticədə piyada xəstəxanaya yerləşdirilib.

 

Hadisəni törətmiş “VAZ-2105” markalı avtomobilin sürücüsü rayon sakini Mahir Qubadov könüllü olaraq RPŞ-yə gəlib.

 

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 172
avatar

Oxşar yazılar