Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsinin vaxtı açıqlandı
25 aprel 2014 18:51 (UTC +04:00)

Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsinin vaxtı açıqlandı

0

Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin bu gün təxirə düşən məhkəmə prosesinin vaxtı bəlli olub. Bu barədə Lent.az-a A.Kəsəmənlinin qardaşı Reşat Kəsəmənli məlumat verib. O bildirib ki, qardaşının bu günə təyin olunan məhkəməsi aprelin 29-u saat saat 10:30-da Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

                   

 

 

Xatırladaq ki, Araz Kəsəmənlinin məhkəməsi bu gün saat 12:30-da Ağır Cinayətlər Məhkəməsində  hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilməli idi. Amma iclas təxirə salınmışdı.

 

 

Qeyd edək ki, A.Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə ittiham olunur. O, bir müddət əvvəl həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1745

Oxşar yazılar