Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsi yenə təxirə salındı
07 may 2014 16:54 (UTC +04:00)

Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsi yenə təxirə salındı

Bu gün Ağır Cinayətlər Məhkəməsində mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmə növbəti dəfə təxirə düşüb.

 

Hakim bildirib ki, buna səbəb dövlət ittihamçısı Eldar Həmzəyevin səhhətində yaranan problemdir. “O, məzuniyyətə çıxıb. Prokuror məhkəmədə iştirak etmədiyinə görə, bu gün prosesi təxirə salırıq. Araz Kəsəmənlinin növbəti Məhkəməsi mayın 16-ı saat 14:00-da olacaq”.

 

Qeyd edək ki, A.Kəsəmənli 2013-ci il sentyabrın 17-də qardaşı Reşat Kəsəmənli və dostu Valehlə toya getdikləri zaman şöbəyə aparılıb. Hadisədən bir neçə saat sonra Reşat və Valeh buraxılsa da, Araz Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə istintaqa cəlb edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1142
avatar

Yalçın UĞUR

Oxşar yazılar