Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsi oldu
29 aprel 2014 12:41 (UTC +04:00)

Nüsrət Kəsəmənlinin oğlunun məhkəməsi oldu

Bu gün Ağır Cinayətlər Məhkəməsində mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan məhkəmədə ittiham olunan A.Kəsəmənlinin vəkili Aytən Əliyeva çıxış edib:

 

 “Qarşımızda əyləşən, ittiham olunan şəxs Azərbaycanın görkəmli, mərhum şairi Nüsrət Kəsəmənlinin oğludur. Hörmətli hakim əlimdə tutduğum sənətdə, Arazın gülünc ittihamlar səbəbindən saxlanıldığı qeyd olunub. Guya ki, Araz külli miqdarda narkotik maddələrini mütəmadi olaraq dövriyyəsi ilə məşğul olub. Bu gülünc ittihamlarla insan taleyi ilə oynamaq olmaz. Hörmətli hakim, özünüzdə görürsünüz ki, ittiham olunan Araz necə də sakit, təmkinli əyləşib. Səbirlə məhkəmə prosesini izləyir. O, günahsızdır. Sonda onu söyləmək istəyirəm ki, istəməzdim ki, Azərbaycanın görkəmli şairinin oğlu haqsız yerə dəmir barmaqlıqlar arasında otursun”.

 

Daha sonra prokuror çıxış edib və ittihamı əsaslandırmağa çalışıb.

 

Bundan sonra hakim ittiham olunan A.Kəsəmənliyə söz verib. O, isə danışmaq üçün hakimdən vaxt istəyib. Hakimdə müttəhimin istəyini nəzərə alaraq məhkəmə prosesini mayın 7-i saat 15:00-dək təxirə salıb.

 

Xatırladaq ki, A.Kəsəmənli 2013-ci il sentyabrın 17-də qardaşı Reşat Kəsəmənli və dostu Valehlə toya getdikləri zaman şöbəyə aparılıb. Hadisədən bir neçə saat sonra Reşat və Valeh buraxılsa da, Araz Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə istintaqa cəlb edilib.  

# 3054
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Erkan Yolaç

Məşhur aparıcı vəfat etdi

17 may 2024 , 15:36
Mehdi Xəlilbəyli

Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olundu

17 may 2024 , 15:02
Bakıda 2 il əvvəl  yoxa çıxan kişi TAPILDI

Bakıda 2 il əvvəl yoxa çıxan kişi TAPILDI

17 may 2024 , 14:08
Bakıda körpələr evində  təhlükə aşkarlandı

Bakıda körpələr evində təhlükə aşkarlandı

17 may 2024 , 13:46
Azərbaycanda polis faciəvi şəkildə  öldü - YENİLƏNİB

Azərbaycanda polis faciəvi şəkildə öldü - YENİLƏNİB

17 may 2024 , 13:32
Məktəbli  qızı öldürən   azərbaycanlı həbs olundu

Məktəbli qızı öldürən azərbaycanlı həbs olundu

17 may 2024 , 12:51
İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

İşçiləri müqaviləsiz işlədən şirkətə AĞIR CƏZA

17 may 2024 , 12:00
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

17 may 2024 , 11:47