GÜNÜN ŞƏRHİ
Türkiyədən Suriya iyi gəlir. Təyyarə insidenti onsuz da gərgin olan Ankara-Moskva münasibətlərini pik nöqtəyə çatdırıb. Putinin Ankaranı sərt dillə hədələməsi istər-istəməz sualı doğurur: gərginlik müharibə həddinə çata bilərmi? Ehtimal azdır, çünki Gürcüstan, Ukrayna və Suriyadan fərqli olaraq Türkiyə NATO üzvü olan ölkədir və Rusiya hansısa NATO ölkəsi ilə hərbi müstəvidə münaqişəyə girməyə cürət etməz. Çünki bu artıq NATO-ya müharibə elan etmək və üçüncü dünya müharibəsinin başlanması demək olar. Bəs Rusiyanın Türkiyəyə cavabı hansı formada ola bilər? Birincisi, Moskva Türkiyəyə qarşı daim istifadə etdiyi PKK kartına əl atacaq. Onsuz da terrorun tüğyan etdiyi Türkiyənin bundan sonra daha ağır terror aktları ilə üzləşəcəyi artıq realdır. Türkiyəyə qarşı ikinci mümkün cavab Suriyada türkmənlərə qarşı gerçək soyqırımının həyata keçirilməsidir. Rus pilotu əsir götürməklə türkmənlər artıq özlərini real hədəfə çeviriblər. Türkmənlərə ağır zərbə endirmək Rusiya daxili ictimai rəyi rahatlamaq və Türkiyəyə psixoloji təzyiq baxımından lazımdır. Moskvanın əl ata biləcəyi üçüncü addım iki ölkə arasında iqtisadi münasibətlərin dondurulması ola bilər. Nəzərə almaq lazımdır ki, Rusiya iqtisadiyyatının müxtəlif sahələrinə külli miqdarda türk kapitalı yatırılıb, digər tərəfdən Türkiyə rus turistləri hesabına yenə külli miqdarda gəlir əldə edir. Bu baxımdan iqtisadi təzyiq üsulları Türkiyəyə böyük iqtisadi zərər yetirə bilər. Putinin açıqlamasının tonu hələlik münasibətlərin diplomatik müstəvidə həlli imkanları mümkünsüzdür.

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 24 Noyabr
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33