Masallıda və Bakıda ev yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Masallının Böyük Xocavar kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m sahədə 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Bakının isə Xətai rayonunda isə ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 6 otaqlı tikilinin mətbəxində 6 kv.m sahədə mebel yanıb. Yüksək temperaturdan aspirator, soyuducu və mikrodalğalı soba qismən əriyib.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.