Marneuli-Tiflis yolunda ağır qəza: 1 ölü
06 oktyabr 2015 00:37 (UTC +04:00)

Marneuli-Tiflis yolunda ağır qəza: 1 ölü

Oktyabrın 5-də  Marneuli -Tiflis magistral yolunun 25 kilometrliyində ağır yol qəzası baş verib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, dumanlı və yağışlı hava şəraitində "Opel" markalı avtomobil  QRR 215 nömrəli digər "Opel Astra" avtomobilinə çırpılıb. Zərbənin gücündən nömrəsi müəyyən edilməyən birinci  "Opel" markalı avtomobil dərəyə yuvarlanıb. Naməlum sürücü hadisə yerində ölüb.

 

Hadisə ilə bağlı yol patrul xidməti əməkdaşları, təcili yardım maşınları qəza yerinə gəliblər. Həkimlər  ağır vəziyyətdə olan qadına ilk tibbi yardım göstərdikdən sonra xəstəxanaya aparıblar. Ölən sürücünün kimliyini müəyyən etmək hələ ki, mümkün olmayıb. Digər sürücü və sərnişinləri isə yoldan ötən sürücülər şəxsi maşınlarla xəstəxanaya aparıblar.

 

Qeyd edək ki, həmin dəqiqələrdə daha bir yol qəzası sayəsində yük maşını yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar