Lənkəranskinin bir nömrəli düşməninin “ağ qovluğ"unda hansı məxfi bilgilər olub?
29 avqust 2016 11:53 (UTC +04:00)

Lənkəranskinin bir nömrəli düşməninin “ağ qovluğ"unda hansı məxfi bilgilər olub?

 

“Şakro Molodoy” ləqəbli qanuni oğru Zaxari Kalaşovla bağlı ilginc məqam ortaya çıxıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, varlı iş adamlarından hədə-qorxu yolu ilə xərac alan “Şakro”nun böyük xəfiyyə dəstəsi olub. Bu dəstəyə isə onun mühafizəçisi, “Bek” ləqəbli Batır Bekmuradov rəhbərlik edib.

 

Məlumata görə, iş adamları ilə görüşə də Bekmuradov gedirmiş. Onlar ya ofisdə, ya da əvvəlcədən müəyyən edilmiş restoranda görüşürmüşlər.

 

İlk görüşdə olduqca nəzakətli davranan Bekmuradov sonda iş adamına ağ qovluq təqdim edirmiş. “Bek” görüş yerini tərk edəndən sonra qovluğu açan iş adamı dəhşətə gəlirmiş. Söhbət ondan gedir ki, qovluqda həmin iş adamının həyat yoldaşı və uşaqlarının şəkli, oxuduqları məktəb, onların gündəlik hərəkət trayektoriyaları, telefon nömrələri və bu kimi özəl məqamlar yer alırmış. “Şakro”nun xəfiyyələrinin həmin biznesmen və ailəsi haqda topladıqları ən xırda detallar belə qovluğa yığılıb ona təqdim edilirmiş.

 

İkinci görüşə isə Bekmuradov tək yox, bir neçə idmançı görkəmli adamları ilə gəlirmiş. Və bu dəfə danışıqlar nəzakətlə yox, hədə-qorxuyla davam keçirmiş. İş adamı isə qovluqda nəyə işarə edildiyini anladığından onların istədiyini verirmiş.

 

Məlumata görə, “Şakro” və dəstəsi illərdir ki, bu sxem üzrə işləyirmiş.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar