Lənkəranda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, rayonun Mamusta kənd sakini 1978-ci il təvəllüdlü Qulamov Anar Etibar özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.
39 yaşlı kişinin hansı səbəbdən həyatına son qoyduğu məlum deyil.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.