
Kür çayında boğulan Yevlax sakininin meyiti çıxarıldı - YENİLƏNİB
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhərindən keçən hissəsində, qeyri-məntəqə (nəzarətsiz) ərazisində bir nəfərin çaya düşməsi barədə məlumat daxil olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1979-cu il təvəllüdlü Abdullayev Seymur Bayram oğlunun meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
***
17:07
Yevlax sakini Kür çayında boğulub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində, Sahil parkı ərazisində baş verib. Belə ki, 40 yaşlı rayon sakini Abdullayev Seymur Bayram oğlu körpüdən çaya atılaraq boğulub. FHN-nin dalğıc xilasetmə qrupu batan şəxsin meyitini sahilə çıxararaq aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33