BAKIDA FACİƏ: qumar bir ailəni məhv etdi- TƏFƏRRÜAT
13 mart 2017 10:50 (UTC +04:00)

BAKIDA FACİƏ: qumar bir ailəni məhv etdi- TƏFƏRRÜAT

 

Dünən Bakı şəhərində baş vermiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Əbilov küçəsi ev 18/12 ünvanında atası 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürən 30 yaşlı Emin Sadıqovun külli miqdarda qumar borcu olub. Xeyli vaxtdır, mərc oyunları ilə məşğul olan Eminin külli miqdarda borcu yaranıb və hadisə bu səbəbdən baş verib.

 

Bildirilir ki, E.Sadıqov məhz qumar borcuna görə oğurluq etdiyi üçün məhkum edilib. Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham edilən gənc bir neçə ay əvvəl həbsxanadan çıxıb və köhnə vərdişindən əl çəkməyərək yenidən mərc oyunlarına pul qoymağa başlayıb. Nəticədə çıxılmaz vəziyyətə düşən E.Sadıqov atasında evi satmasını istəyib. Sadiq Sadıqov buna etiraz etdikdə evdə münaqişə yaranıb və oğul atasının döş qəfəsinə çoxsaylı bıçaq zərbələri endirərək onu öldürüb. Eminin atasını öldürməsinə mane olmaq istəyən anası da bıçaq xəsarətləri alıb.

 

Araşdırmalar davam etdilir. 

 

 

 

*****

 

 

09:00

 

 

 

Bakıda qətl hadisəsi baş verib.

 

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Əbilov küçəsi ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

 

E. Sadıqov ona mane olmaq istəyən anası, 1967-ci il təvəllüdlü Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib. Y. Sadıqova xəstəxanaya yerləşdirilib.

 

İlkin məlumata görə, E. Sadıqov 6 ay əvvəl həbsdən çıxıb.

 

Onun külli miqdarda borcu olduğu, borcu ödəmək üçün yaşadıqları evi satmaq istədiyi, atası ilə mübahisənin də bu səbəbdən baş verdiyi bildirilir.

 

E. Sadıqov saxlanılıb. Cinayət işi başlanıb, istintaq gedir.

# 114
avatar

Nizam Rza

Oxşar yazılar