Dekabrın 29-da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və SOCAR təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı özüllərdə baş vermiş qəzalar zamanı itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların helikopterlər vasitəsi ilə axtarış işlərində iştirakını təmin edib. Lent.azSOCAR-a istinadən xəbər verir ki, itkin düşənlərin ailə üzvləri 3 helikopterdə axtarış briqadası ilə birlikdə Xəzərin Azərbaycan sektorunda aparılan bu işlərə cəlb olunub. Helikopterlər artıq qəza rayonuna çatıb, ərazidə axtarış işlərinə qoşulublar.
İtkin düşənlərin ailə üzvləri helikopterlərlə dənizə yola düşüb
127