Fövqəladə Hallar Nazirliyi (FHN) və SOCAR dekabr 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş təbii fəlakət nəticəsində itkin düşən neftçilərin ailə üzvlərinin istəyini nəzərə alaraq, onların vertolyotlar vasitəsi ilə axtarış işlərində iştirakını təmin etmək qərarına gəlib.
Lent.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.