
İrandan ölkəmizə 15 kq narkotik keçirmək istədilər: qarşısı alındı - FOTO
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, 18 oktyabr 2019-cu il tarixdə Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.
Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik vasitə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları olması müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar yazılar

Yekaterinburqda saxlanılan azərbaycanlıların kafesi fəaliyyətə BAŞLADI
12 iyul 2025 , 14:55
Azərbaycanda keçmiş nazir vəfat etdi
12 iyul 2025 , 14:18
“Sputnik V” peyvəndini ilk sınaqdan keçirən alim faciəvi şəkildə öldü
12 iyul 2025 , 13:39
"Zerkalni" nömrə verən yol polisi rəisi İŞDƏN QOVULDU
12 iyul 2025 , 12:23
İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu
12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN
12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38