Ağcabədidə 52 yaşlı kişi ayağından aldığı güllə yarası ilə xəstəxanaya yerləşdirilib. APA-nın Qarabağ müxbirinin verdiyi xəbərə görə, Ağcabədi rayon Poladlı kənd sakini Cəfərov Elman Cəfərqulu oğlu, sol ayağının topuq nahiyəsindən deşilmiş güllə yarası ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlk tibbi yardım göstərildikdən sonra, yaralı Bərdə Mərkəzi rayon Xəstəxanasına aparılıb.
APA-nın əməkdaşının əldə etdiyi məlumata görə, E. Cəfərov Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına ilkin ifadəsində intihar etmək istədiyini deyib.
Hüquq mühafizəçiləri hadisənin təfərrüatlarını araşdırır.