![<span style="color:red;">İmişlidə ev külə döndü : [b]"İçəridə 28 min manat pulum, qızıllarım getdi"[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
İmişlidə ev külə döndü: [b]"İçəridə 28 min manat pulum, qızıllarım getdi"[/b]
İmişlinin Yalavac kəndində İbrahimovlar ailəsinə məxsus fərdi yaşayış ev, evdə olan əşyalar, o cümlədən xeyli miqdarda qızıl-zinət məmulatları və pul yanaraq külə dönüb.
Hadisə ötən gecə qeydə alınıb. Evdə başlayan alov qısa müddətdə güclənib və ümumi sahəsi 142 kvadratmetr olan 5 otaqlı evi bürüyüb. Sakinlər evdə olmadıqlarından yanğından gec xəbər tutublar.
"Evdə olmayanda ev alışıb yanıb. Oğlumgilə getmişdim, xəbər gəldi ki, ev yanır. Gəldik, evə girmək mümkün olmadı. Yanğınsöndürənlər gəldilər, söndürdülər. Evdə 28 min manat nağd pul, bir də gəlinlərimin, yoldaşımın qızılları yandı. İki gəlinimin və özümüzün mebellərimiz yanıb külə döndü".
Hadisə yerinə gələn İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi alovun digər sahələrə keçməsinin qarşısı alıblar. Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33