İki "Kamaz" toqquşdu, yaralanan var
03 oktyabr 2015 23:26 (UTC +04:00)

İki "Kamaz" toqquşdu, yaralanan var

0

Bu gün axşam saatlarında Bakı-Quba yolunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə magistralın 83-cü km-də qeydə alınıb. İki “Kamaz” markalı yük maşınının toqquşması nəticəsində sürücülərdən biri, 1958-ci il təvəllüdlü Xudat şəhər sakini  Cavanşir Əli oğlu Yarməmmədov  müxtəlif sınıq xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

 

Faktla bağlı BDYP-nin İstintaq və Təhqiqat Bölməsində araşdırmalar aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 183

Oxşar yazılar