Bakının Qaradağ rayonu yaxınlığında qəzaya uğramış hərbi helikopterin dənizdə batdığı yer müəyyənləşib.
APA-nın xəbərinə görə, helikopterin bir hissəsi artıq sudan çıxarılıb. Digər hissələrin isə dənizdən çıxarılması prosesi davam edir.
Qeyd edək ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.
Rüstəm Rüstəmovun və Bəhruz Zeynalovun meyiti dənizdən çıxarılıb, Yaşar Əhmədovun axtarışları isə davam edir.