
Günəşdən gələn TƏHLÜKƏ - XƏBƏRDARLIQ
Bu gün və sabah geomaqnit qasırğası gözlənilir.
Azərbaycan Mİlli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin Lent.a-a verdiyi məlumata görə, 27-28 sentyabr tarixlərində əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti artacaq. Bu tarixlərdə geomaqnit həyəcanlaşması və hətta G1 (27 sentyabrda) və G2 (28 sentyabrda) sinifli qasırğa gözlənilir (maksimal şkala G5-dir).
Geomaqnit həyəcanlaşmasının əsas səbəbi Günəş səthində hal-hazırda mövcud olan və orta ölçülü “tac dəliyi”ndən başlanğıcını götürəcək yüksək sürətli Günəş plazma küləyinin təsiri olacaq.
“Tac dəlikləri”ndən yüklü plazma zərrəciklərı Günəş tacını asanlıqla tərk edir və sürətlə planetlərarası fəzaya, o cümlədən də, Yerə planetinə doğru yönəlir. 27-28 sentyabr tarixlərində bu sürət kifayət qədər artacaq.
Bu gün atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır.
Oxşar yazılar

Azər Zahid ev dustaqlığına buraxıldı
1 iyul 2025 , 14:58Kinostudiyadakı partlayışla bağlı birgə MƏLUMAT
1 iyul 2025 , 14:52“Sputnik Azərbaycan” işinə görə cinayət işi başladı, həbs edilənlər var - RƏSMİ
1 iyul 2025 , 14:15
Şirvan kanalında batan 91 yaşlı kişinin meyiti tapıldı - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 13:53
Yekaterinburqdakı azərbaycanlıların öldürülməsi və işgəncəyə məruz qalmaları ilə bağlı CİNAYƏT İŞİ AÇILDI
1 iyul 2025 , 12:55
Məhkəmə Bakir Səfərovu həbsdə saxlayıb -FOTOLENT -VİDEO
1 iyul 2025 , 12:53
Yekaterinburqda öldürülən Ziyəddinin qabırğalarından biri tapılmayıb - RƏSMİ
1 iyul 2025 , 11:51