Bu gün Göygöldə qəzada ölənin şəxsiyyəti məlum olub.
APA-nın Qərb bürosunun məlumata görə, “VAZ 2107” markalı avtomobilin yolu keçmək istəyərkən vurduğu şəxs Gəncə şəhər sakini 1955-ci il təvəllüdlü Tahir Rəhimov olub.
Qeyd edək ki, ağır xəsarət alan T. Rəhimov sürücü tərəfindən xəstəxanaya aparılarkən yolda ölüb.
12:33
Göygöldə avtomobil piyadanı vuraraq öldürüb.
APA-nın Qərb bürosunun məlumata görə, hadisə Gəncə-Daşkəsən yolunda, Göygöl rayonunda yerləşən mal bazarının yaxınlığında qeydə alınıb.
“VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.
Fakt bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.