Goranboyda avtomobil aşıb: 3 nəfər xəsarət alıb
08 oktyabr 2017 10:54 (UTC +04:00)

Goranboyda avtomobil aşıb: 3 nəfər xəsarət alıb

Goranboyda yol qəzası baş verib.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.

 

Hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində 1-i qadın, 2-i kişi olmaqla, 3 nəfər xəsarət alıb.

 

Yaralılar xəstəxanaya çatdırılıb. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 235

Oxşar yazılar