FHN su basmış evlərin zirzəmilərini təmizlədi
05 oktyabr 2015 20:49 (UTC +04:00)

FHN su basmış evlərin zirzəmilərini təmizlədi

0

Mingəçevir şəhəri, Günəşli qəsəbəsində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini və zirzəmilərini su basıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Aran Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər tərəfindən həyətyanı sahələrə və zirzəmilərə yığılmış yağış suları su nasosları vasitəsilə çəkilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 157

Oxşar yazılar