FHN gücləndirilmiş iş rejiminə keçir
30 dekabr 2015 11:35 (UTC +04:00)

FHN gücləndirilmiş iş rejiminə keçir

Fövqəladə Hallar Nazirliyi ( FHN) bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, FHN 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində mümkün hər hansı fövqəladə hadisənin qarşısının daha operativ alınması və nəticələrinin daha çevik aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təşkil edilməsi məqsədilə gücləndirilmiş iş rejiminə keçib.  

Bununla bağlı nazirliyin müvafiq struktur bölmələrində əmrlər imzalanıb, şəxsi heyət təlimatlandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar