FHN bazardakı yanğınla bağlı məlumat yaydı
29 dekabr 2015 00:12 (UTC +04:00)

FHN bazardakı yanğınla bağlı məlumat yaydı

0

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.

 

Lent.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ucar şəhərində ümumi sahəsi 10000 kv.m olan ticarət mərkəzində sahibləri məlum olmayan, bir-birinə bitişik, arakəsmə divarı lambirdən ibarət 5 ədəd ticarət köşkünün yanar konstruksiyaları 76 kv.m sahədə yanıb.

 

Digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar