FHN-dən KİV-ə ÇAĞIRIŞ
08 iyul 2018 18:47 (UTC +04:00)

FHN-dən KİV-ə ÇAĞIRIŞ

Fövqəladə Hallar Nazirliyi bəzi kütləvi informasiya vasitəlrində yayılmış məlumatla bağlı açıqlama yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, rəsmi məlumatda 8 iyul 2018-ci il tarixində bəzi kütləvi informasiya vasitələrində Nərimanov rayon ərazisində yerləşən tikinti materialları bazarında yanğın hadisəsinin baş verdiyi barədə həqiqətə uyğun olmayan informasiyaların yayıldığı qeyd edilib: “Fövqəladə Hallar Nazirliyi bildirir ki, qeyd edilən tarixdə həmin rayonda belə bir hadisə baş verməyib, yalnız 650 m² sahədə quru ot yanıb və yanğın FHN-in yanğınsöndürən qüvvələri tərəfindən söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyi kütləvi informasiya vasitələrini bir daha diqqətli olmağa və baş vermiş hadisələrlə bağlı rəsmi olmayan, dəqiqləşdirilməmiş məlumatlardan istifadə etməməyə çağırır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 298
avatar

Oxşar yazılar