Əsgərimiz elektrik cərəyanı vurması nəticəsində ölüb
20 iyun 2013 10:54 (UTC +04:00)

Əsgərimiz elektrik cərəyanı vurması nəticəsində ölüb

Azərbaycan Ordusunun əsgəri ölüb.


 

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N “ saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Səmədov Araz Salman oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgərin ölüm faktını təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, A. Səmədov 2012-ci ildə Neftçala rayonundan hərbi xidmətə çağırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 975
avatar

Oxşar yazılar