Əri üçün qanunu pozdu
02 sentyabr 2014 14:26 (UTC +04:00)

Əri üçün qanunu pozdu

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində həbsxanaya qadağan olunmuş vasitənin keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, hadisə Şəki Penitensiar müəssisəsində baş verib.

Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində A R Cinayət Məcəlləsinin 234.2 və 237.2.1 maddələrinə əsasən həbs edilmiş şəxs İbrahim Süleyman oğlu Uğruyevin yanına qısamüddətli görüşə gəlmiş həyat yoldaşı, Zaqatala rayonu, Danaçı kənd sakini Nərminə Şaban qızı Uğruyevanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş daxilində “Sim” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1878
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar