Eldar Namazov özünə müavinlər təyin etdi
10 aprel 2013 14:31 (UTC +04:00)

Eldar Namazov özünə müavinlər təyin etdi

0

 

El” hərəkatı idarə heyətinin aprelin 9-da keçirilən toplantısında təşkilati məsələlər müzakirə olunub, hərəkat sədrinin müavinləri vəzifəsinə təyinatlar olub. Lent.az-ın məlumatına görə, bu barədə musavat.com-a  politoloq Zəfər Quliyev bildirib.

Bildirilir ki, politoloq Zəfər Quliyev siyasi məsələlər üzrə, Eldəniz Quliyev ictimai əlaqələr üzrə, Köçəri Nağıbəyli təşkilat məsələləri üzrə, İlham Hüseyn humanitar məsələlər üzrə hərəkat sədrinin müavinləri təyin edilib.

Zəfər Quliyev bildirib ki, yaxın günlərdə hərəkat sədrinin daha bir neçə müavininin təyinatı gözlənilir: “Fikrimizcə, hərəkat sədrinin hüquq məsələləri və insan haqları sahələri üzrə müavinləri də təyin edilməlidir. Yaxın günlərdə real namizədlər arasında seçim ediləcək”.

“El” hərəkatının saytı da ən qısa zamanda içə başlayacaq. İH-in 9 aprel toplantısında saytın hazırlanması üzrə hesabat verən işçi qrupun üzvləri saytın istifadəyə hazır olduğunu bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1427

Oxşar yazılar