
Çempionumuzun qardaşının sevgilisi ilə birlikdə DƏHŞƏTLİ ÖLÜMÜ: maşın parça-parça oldu, alışdı
Ukraynanın Odessa şəhərində yaşayan həmyerlimiz, boks üzrə dünya çempionu Ramil Hacıyevin qardaşı Şamil Hacıyev və onun qadın sərnişini avtomobil qəzasında ölüblər.
ONA “uaportal” saytına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Odessanın mərkəzi yollarından birində baş verib.
Sükan arxasında əyləşən 22 yaşlı Şamil Hacıyev digər 2 avtomobillə yarışarkən idarəetməni itirib və avtomobili işıq dirəyinə çırpılıb. Qəza zamanı Ş.Hacıyevin idarə etdiyi “BMW X - 6” markalı avtomobil hissələrə ayrılıb və yanğın baş verib. Ş.Hacıyev və onun 33 yaşlı sərnişini Viktoriya Kravçenko xəstəxanaya aparılan zaman yolda vəfat ediblər.
Qeyd edək ki, Ş. Hacıyev biznesmen Qəzənfər Hacıyevin oğludur. Viktoriya Kravçenkonun da atasının Odessada tanınmış biznesmen olduğu bildirilir.
Qəza ilə bağlı Odessa prokurorluğunda digər sürücülər barədə cinayət işi açılıb.
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33