Xalq artisti Gülyanaq Məmmədova bu gün avtomobil qəzasında dünyasını dəyişən bacısının həyat yoldaşı Mövsüm Məmmədkərimov barədə danışıb. Lent.az-a açıqlama verən müğənni bu sözləri deyib:
”Yeznəmiz uşaqları ilə işə gedirmiş, qarşıdan gələn maşın bunların yoluna çıxıb. Hadisə yerində yeznəmiz dünyasını dəyişdi. Onu indi dəfn elədik. Uşaqların biri yaxşıdır, digərini yerləşdirmək üçün xəstəxana axtarırıq. Özümü yaxşı hiss etmirəm, çox danışa bilmirəm”.
***
16:25
Yevlaxda baş verən yol qəzasında ölən şəxs Xalq artistləri Gülyanaq və Gülyaz Məmmədovaların qohumudur.
APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Möhsün Məmmədkərimov Gülyanaq və Gülyaz Məmmədovaların bacısının əridir. Qəza baş verən avtomobildə M.Məmmədkərimovun 2 övladı da olub. Onlar xəstəxanaya yerləşdiriliblər.
***
Saat 11:15
Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Xanabad kəndi ərazisində qeydə alınıb. “VAZ-2106” markalı maşın “Pikap” tipli avtomobillə toqquşub. Qəza nəticəsində Şəki rayon sakini, 1966-cı il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb. Şəki rayon sakinləri - 1986-cı il təvəllüdlü Məmmədkərimov Əli Mövsüm oğlu, 1991-ci il təvəllüdlü Məmmədkərimov Mahal Mövsüm oğlu, 1988-ci il təvəllüdlü Pirməmmədov Turan Namiq oğlu və 1991-ci il təvəllüdlü Orxan Allahverdiyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma başlanılıb.