Daxili İşlər Nazirliyi polis əməkdaşının saxlanılması ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayonun Əliabad kəndi ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan iki şəxs - Qandax kəndində yaşayan, keçmiş polis nəfəri Nəsib Nəsibov və Muxax kənd sakini, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Süleyman Süleymanov saxlanılıb.
Baxış zamanı onlardan ümumi çəkisi 400 qram olan qurudulmuş marixuana götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.