Dağıstanda faciəli hadisə baş verib. Lent.az-ın «İnterfaks»-a istinadən məlumatına görə, polis əməkdaşı öz evində iki oğlunu cəsədini görüb. Hadisə azərbaycanlıların sıx yaşadığı Dərbənddə baş verib.
«Dərbənd rayonunun Bəlici kəndində xanımı ilə qonaqlıqdan gələn polis evdə 9 və 11- yaşlı oğlanlarının qətl edildiyini görüb»-deyə, agentliyə Rusiya İstintaq İdarəsindən bildiriblər.
Mənbənin məlumatına əsasən, qatillər uşaqların boğazını kəsərək, öldürüblər.