Daşkəsəndə “Kamaz” markalı yük avtomobili aşıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə Daşkəsən şəhərinin İsmət Qayıbov küçəsində qeydə alınıb.
Mingəçevir şəhər sakini 1979-cu il təvəllüdlü Şəqaiq Süleymanov idarə etdiyi “Kamaz” la qum daşıyan zaman avtomobil idarəetmədən çıxıb və maşın yolun kənarında olan dərəyə aşıb. Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alıb. O əvvəlcə Daşkəsən Mərkəzi rayon xəstəxanasına daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb.
“Kamaz” rayonda su çəkilişi ilə məşğul olan şirkətə məxsus olub və o qum daşıyırmış.
Faktla bağlı daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.