Daha bir ev  Balakəndə yandı
14 iyun 2015 07:47 (UTC +04:00)

Daha bir ev Balakəndə yandı

Balakəndə fərdi yaşayış evi yanıb. Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Qaysa kəndində, Əhmədol Məhəməli oğlu Qanbaçayevə məxsus, ümumi sahəsi 108 kv/m olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-nin Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları qismən yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı FHN-nin Balakən rayon DYMH-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 158
avatar

Oxşar yazılar