Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Osmanlı həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
C. Osmanlı APA-ya açıqlamasında bu xəbərləri təkzib edib.
Deputat qeyd edib ki, bu xəbərlərin yayılması dezinformasiyaya meylli bəzi media vasitələrinin fəaliyyətinin nəticəsidir: “Hər kəsə məlumdur ki, mənim fəaliyyətim Azərbaycan dövlətinə, prezidentinə və xalqa xidmətdən ibarətdir. Hər zaman belə olub, bundan sonra da belə olacaq”.
Qeyd edək ki, bu gün bəzi saytlarda deputat Ceyhun Osmanlının hüquq-mühafizə orqanları tərəfindən saxlanılması xəbəri yayılıb.