Cəlilabadda "KamAz" uşağı vurub
06 oktyabr 2015 23:48 (UTC +04:00)

Cəlilabadda "KamAz" uşağı vurub

0

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə oktyabrın 6-da axşam saatlarında rayonun Privolnı kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan "KamAz" markalı yük maşını hərəkətdə olarkən 8 yaşlı kənd sakini Aqşin Faiq oğlu Məmmədovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.

 

8 yaşlı Aqşin isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar