Novruz Məmmədov intihar etmək istəyən şəxsi necə xilas etdi? <span style="color:red;">"BAŞ NAZİR ONU ƏMİN EDİB Kİ..."  - <span style="color:red;">YENİLƏNİB 3
30 iyul 2018 11:37 (UTC +04:00)

Novruz Məmmədov intihar etmək istəyən şəxsi necə xilas etdi? "BAŞ NAZİR ONU ƏMİN EDİB Kİ..." - YENİLƏNİB 3

Bu gün baş nazir Novruz Məmmədov Bakı şəhərinin Sabunçu rayonu ərazisində - “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxslə danışıb və onu intihar etmək fikrindən daşındırıb.

 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

 

 

Məsələ ilə bağlı APA-ya açıqlama verən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, bu gün səhər saatlarında “Koroğlu” qovşağındakı asma körpüdə intihara cəhd hadisəsi olub.

  

A. Əli deyib ki, bununla bağlı körpüyə gedən yollarda nəqliyyatın hərəkəti dayandırılıb, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumların əməkdaşları hadisə yerinə cəlb olunub. Yollar bağlı olduğu üçün Heydər Əliyev Beynəlxalq Aeroportundan gələn avtomobillər Zığ istiqamətə yönəldilib: “Baş nazir Novruz Məmmədov səhər işə gələrkən onun olduğu avtomobil də Zığ istiqaməti ilə hərəkət edib. Ancaq baş nazir telefonla məlumat alıb ki, “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxs var. Baş nazir hadisə yerinə getmək barədə göstəriş verib və xidməti avtomobil yolunu dəyişərək hadisə yerinə gedib. Baş nazir hadisə ilə maraqlanıb. Məlum olub ki, 1969-cu ildə Tovuzda anadan olan Əhmədov Yaşar Məmmədəli oğlu ailə münaqişəsi zəminində intihar etmək üçün körpünün üzərinə çıxıb. Baş nazir həmin şəxslə telefon əlaqəsi yaradıb. Novruz Məmmədov bir müddət həmin şəxslə telefonla danışıb, problemi ilə maraqlanıb. Baş nazir onu əmin edib ki, müvafiq qurumlar tərəfindən problemi araşdırılaraq lazımı köməklik ediləcək, intihar etmək niyyətindən daşınsın. Yaşar Əhmədov baş nazirə bildirib ki, iki övladı var, anası onları harasa aparıb, tapa bilmir, buna görə də intihar etmək istəyir. Məsələ araşdırma tələb etdiyi üçün baş nazir onu Nazirlər Kabinetinə dəvət edib”.

 

A. Əli qeyd edib ki, bu gün səhər baş nazir Yaşar Əhmədovu qəbul edib: “Baş nazir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə göstəriş verib ki, Yaşar Əhmədovun problemi araşdırılsın, övladlarının harada olduğu öyrənilsin. Hazırda Komitədə araşdırma davam edir. Yaşar Əhmədov da müvafiq qurumlarla görüşmək üçün istiqamətləndirilib. Məsələnin yekunu ilə bağlı baş nazirə məlumat veriləcək”.  

 

 

*****

 

10:04

 

Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində - “Koroğlu” qovşağındakı asma körpüdən özünü ataraq intihar etmək istəyən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb. Lent.az musavat.com-a istinadən xəbər verir ki, həmin şəxs həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş. Bu zaman baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

 

İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub və baş nazir həmin şəxsi fikrindən daşındırıb. Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib.

 

 

 

******

 

 

9:49

 

 

Heydər Əliyev prospektində intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxan şəxs xilas edilib.

 

APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunaraq, həmin şəxslə söhbət ediblər. Bundan sonra intihar etmək istəyən şəxs fikrindən daşınıb və yol ötürücüsünün üstündən endirilib.

 

*****

 

8:56

 

Bakı şəhərinin Sabunçu rayonu ərazisində, Koroğlu nəqliyyat qovşağındakı asma körpüdən daha bir şəxs özünü atmaq istəyir. Lent.az xəbər verir ki, səhər saat 06:30 radələrində polisə və xilasetmə xidmətində 45-50 yaşlı kişinin körpünün yuxarı hissəsinə dırmaşaraq özünü atmaq istəməsi ilə bağlı məlumat daxil olub.

 

Artıq 2 saatdan çoxdur ki, həmin şəxslə özünü atmaması və aşağı enməsi ilə bağlı söhbətlər aparılır.

 

Məlum hadisə şəhərə girişdə böyük tıxaca da səbəb olub. Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumata görə, hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var: “Tıxac əsasən Heydər ƏLiyev proskektinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hissəsində müşahidə edilir. Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

Oxşar yazılar