Brüsseldə “South Azerbaijan is not Iran!” aksiyası
10 mart 2013 07:14 (UTC +04:00)

Brüsseldə “South Azerbaijan is not Iran!” aksiyası

Marın 9-da Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında aksiya keçirilib.

Lent.az-ın məlumatına görə,bu barədə aksiya iştirakçısı, Güney Azərbaycan Sosial Demokrat Partiyasının (GASDP) sözçüsü Solmaz Bilgin açıqlama verib. Onun sözlərinə görə, piket yerli vaxtla saat 12:30-dan 15:30-dək GALDP, Güney Azərbaycan Demokrat Partiyası (GADP) və əl-Əhvaz Ərəb Cəbhəsinin birgə təşkilatçılığı ilə keçirilib: “Martın 8-də keçirilən aksiyada Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və ərəblər iştirak ediblər. Piket iştirakçıları əllərində ingilis dilində yazılmış “South Azerbaijan is not Iran!” ("Güney Azərbaycan İran deyil!"), “Self-determination right of nations for South Azerbaijan (Northwest Iran)!” ("Milli müqəddəratını təyinetmə Güney Azərbaycanın haqqıdır!"), “All childeren have the right education in their own mother tongue!”("Ana dilində təhsilbütün uşaqlatın haqqıdır! "), “Iran = prison 35 000 000 Azerbaijani turks!” ("İran = 35 milyon məhbus Azərbaycan türkü!") plakatlarını və İran həbsxanalarında saxlanılan azərbaycanlı və ərəb fəalların şəkillərini, eyni zamanda bayraqlar tutublar. Bundan başqa, aksiyada İran hakimiyyətinə qarşı şüarlar səsləndirilib, çıxışlar edilib və nəhayət, piket bəyanatın oxunması ilə başa çatıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1390
avatar

Oxşar yazılar