Qarışdan gələn bazar günü Londonda marafon keçirilməsi planlaşdırılıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Britaniya polisi təhlükəsizlik tədbirlərini gücləndirəcəklərini deyib.
Polis bəyan edib ki, Bostonda baş verən partlayış keçmiş baş nazir Marqaret Tetçerin dəfninin təhlükəsizliyinə təsir etməyəcək.
Polis təmsilçisinin sözlərinə görə, Tetçerin dəfni üçün çoxmərtəbəli təhlükəsizlik tədbirləri artıq hazırlanıb : «Bundan başqa bu mərasim marafondan fərqlənir».
Hazırkı vaxta olan məlumata əsasən, polis Bostonda marafonda baş verən partlayışda iki nəfəri həlak olduğunu, 110-dan çox insanın yaralandığını bildirib. Həlak olanlardan biri 8 yaşındadır. Ancaq onların saylarının artacağı da istisna olunmur