"Hərəkətin təşkilində müəyyən çətinliklər var" - <span style="color:red;">Nəqliyyat Agentliyi
03 iyul 2018 20:44 (UTC +04:00)

"Hərəkətin təşkilində müəyyən çətinliklər var" - Nəqliyyat Agentliyi

Sərnişindaşımada mövcud çətinliklərin aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirirlir.

 

Lent.az-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, görülən təcili təxirə salınmaz tədbirlər nəticəsində Qara Qarayev prospekti boyunca xüsusən bu istiqamətdə olan metrostansiyaların ətrafındakı sərnişin sıxlığı nisbətən səngiyib və vəziyyət normallaşmaqdadır:

 

"Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə gedən avtobuslar normal faliyyə göstərir. 1 və 13 nömrəli marşrut xətti üzrə avtobusların intervalında müəyyən gecikmələr var bu da yollardakı sıxlıqla bağlıdır. Bununla yanaşı Heydər Əliyev prospektində nəqliyyatın hərəkətində bir qədər sıxlıq var. Analoji vəziyyət şəhərin bir sıra mərkəzi küçələrində də müşahidə edilir. Bunun da avtobusların hərəkətinə mənfi təsirini azalatmaq üçün zəruri tədbirlər görülür, ehtiyac duyulan xətlər üzrə əlavə nəqliyyat vasitələri cəlb edilir. Metronun “20 yanvar” və “Nizami” stansiyaları ətrafında da müəyyən narahatlıq var idi, artıq bu ərazilərdə də vəziyyət tam nəzarət edilir. Burdan keçən xətlər üzrə daşıyıcılar və BNA əməkdaşları xüsusi rejimdə çalışırlar.

 

Bir daha müraciət edirik ki, belə olan halda insanlarımız maksimum dərəcədə ictimai nəqliyyatdan istifadə etsinlər. Çünki hazırda hərəkətin təşkilində müəyyən çətinliklər var. Bunlarında aradan qaldırılması üçün zəruri işlər görülür.

 

Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyyə edir ki, bəzi küçə və prospektlərdə svetoforlar işləməməsini nəzərə alaraq hərəkətin fasiləsizliyi və təhlükəsizliyi məqsədilə son dərəcədə ehtiyatlı və diqqətli olsunlar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar