Biri ölü, digəri huşsuz - BAKIDA ƏMƏLİYYAT
12 oktyabr 2014 15:11 (UTC +04:00)

Biri ölü, digəri huşsuz - BAKIDA ƏMƏLİYYAT

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısının kilidini açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkar olunub və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:18-də başa çatıb.

 

Oxşar hadisə Bakı şəhəri, Nəsimi rayonunda da qeydə alınıb. 1928-ci il təvəllüdlü qadının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilə giriş qapısının kilidini açaraq içəri daxil olub. Mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində qadının vəfat etdiyi müəyyən olunub. Qadının cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:21-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2754
avatar

Oxşar yazılar