Müdafiə Nazirliyi hərbi helikopterdə həlak olanlarla bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumatda deyilir ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olub. Rüstəm Rüstəmovun meyiti dənizdən çıxarılıb, digərlərinin tapılması istiqamətində isə axtarışlar davam edir.
Müdafiə Nazirliyi həlak olan zabitlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.